Nigeriyada silahlı hücum zamanı 12 nəfər ölüb


  • 20 İyun 11:27

Nigeriyanın Benue və Kaduna əyalətlərində baş verən silahlı hücumlar zamanı 12 nəfər ölüb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Katsina-Ala bölgəsi üzrə millət vəkili Conatan Aqbidye məlumat verib.

O, Benue əyalətinin Katsina-Ala bölgəsində silahlı şəxslərin törətdiyi hücumda 6 nəfərin həyatını itirdiyini, çox sayda insanın isə yaralandığını və qaçırıldığını qeyd edib.

Aqbidye silahlı şəxslərin rayon sakinlərindən ərzaq məhsulları oğurladığını da vurğulayıb.

Həmçinin, Kaduna əyalətinin Kajuru bölgəsində baş verən hücum zamanı 6 nəfər öldürülüb.

Qeyd edək ki, Nigeriyada son zamanlar İŞİD-in Qərbi Afrika qolu olan Boko Haram və ISWAP terror təşkilatları hücumlar həyata keçirir.

Nigeriya Hərbi Hava Qüvvələri komandanı Hassan Bala Abubakar Nigeriyanın silahlı dəstələrə və terrorizmə qarşı mübarizə çərçivəsində 50 yeni döyüş təyyarəsi alacağını bildirib.\

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər