Mərakeş sahillərində 91 qanunsuz miqrant xilas edilib


  • 20 İyun 11:43

Mərakeşin Dahla şəhəri sahillərində 91 qanunsuz miqrant xilas edilib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Mərakeş Kral Silahlı Qüvvələrindən məlumat verilib.

Məlumatda Qərbi Sahara bölgəsindəki Dahla sahillərində batmaq təhlükəsi ilə üzləşən və içərisində 91 nəfərin olduğu qayıq xilas edilərək sahilə çıxarılıb.

Qayıqda olan şəxslər ilkin tibbi yardım göstərildikdən sonra təhlükəsizlik qüvvələrinə təhvil verilib.

Qeyd edək ki, hər il minlərlə qanunsuz miqrant Avropaya getmək üçün Afrikadan Aralıq dənizinə üz tutur.

Mərakeş Avropa sahillərinə yaxın coğrafi mövqeyinə görə qanunsuz miqrantların tranzit nöqtəsi kimi istifadə etdiyi bölgələr arasındadır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər