Cənubi Koreyada demoqrafik fövqəladə vəziyyət elan olunub


  • 20 İyun 11:52

Cənubi Koreyada aşağı doğum səviyyəsi ilə əlaqədar demoqrafik fövqəladə vəziyyət elan edilib.

E-huquq.az yerli mətbuata istinadən xəbər verir ki, bu barədə ölkə prezident Yoon Suk Yeol məlumat verib.

Prezident hökumətin aşağı doğum nisbəti ilə mübarizə aparacağını və problem aradan qaldırılana qədər ciddi tədbirlər görüləcəyini söyləyib.

Yoon hökumətin əsasən, iş və həyatın tarazlaşdırılması, uşaqlara qayğının yaxşılaşdırılması və daha yaxşı mənzil təminatı ilə bağlı ciddi addımlar atacağını deyib.

Prezident bu tədbirlərin həyata keçirilməsini təmin etmək üçün müvəqqəti olaraq Əhali Strategiyasının Planlaşdırılması Nazirliyi yaradılacağını bildirib.

Qeyd edək ki, Cənubi Koreya 2023-cü ildə 0,72 faizlə ən aşağı doğum səviyyəsinə malik ölkələr arasında birinci yerdədir. Cənubi Koreya Statistika İnstitutunun son məlumatlarına əsasən, son illərdə ölkədə illik doğum sayında azalma tendensiyası davam edir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər