Hindistanda 29 nəfər saxta spirtli içkidən ölüb


  • 20 İyun 15:14

Hindistanın Tamil Nadu əyalətində 29 nəfər saxta spirtli içkidən ölüb.

E-huquq.az "Press Trust of India" xəbər agentliyinə istinadən xəbər verir ki, bu barədə dövlət rəsmisi M.S.Prasanth məlumat verib.

Prasanth 100-dən çox adamın müxtəlif xəstəxanalarda müalicə olunduğunu bildirib.

Prasanth ölənlərin sayının artacağını istisna etmir.

Əyalət başçısı M.K.Stalin məsələ ilə bağlı araşdırma aparıldığını söyləyib.

Qeyd edək ki, Hindistanın şərqində yerləşən və 7 ildir spirtli içkilərin qadağan olunduğu Bihar əyalətində 2023-cü ildə 20 nəfər saxta spirtli içkidən dünyasını dəyişib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər