Türkiyədə ağır yol qəzasında 4 nəfər ölüb, 2 uşaq yaralanıb


  • 20 İyun 15:24

Türkiyənin Konya şəhərində 2 avtomobilin toqquşması nəticəsində 4 nəfər ölüb, 2 nəfər yaralanıb.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, Konyanın Karapınar rayonunda sürücünün idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi qarşı zolağa çıxaraq digər avtomobilə çırpılıb.

Yol qəzası yerli vaxtla saat 03:30-da Qaziosmanpaşa məhəlləsi Ereğli küçəsində baş verib.

Nəticədə 4 nəfər ölüb, 2 azyaşlı uşaq ağır yaralanıb. Yaralılar xəstəxanaya aparılıb.

Qəza ilə bağlı araşdırma aparılır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər