Sərnişin avtobusu qəzaya uğrayıb, 8 nəfər yaralanıb


  • 21 İyun 15:03

Türkiyənin Sivas şəhərində ağır yol qəzası baş verib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Sivasın İmranlı rayonunda içərisində 31 nəfər sərnişinin olduğu avtobusun idarəetmədən çıxaraq dərəyə aşması nəticəsində 8 nəfər xəsarət alıb.

Hadisə yerinə polis və həkim briqadası göndərilib.

Yaralılar təcili yardımla İmranlı Dövlət Xəstəxanasına aparılıb.

Qəza ilə bağlı araşdırma aparılır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər