İstanbulda iş yerində güclü yanğın olub


  • 21 İyun 15:18

Türkiyənin İstanbul şəhərində iş yerində güclü yanğın olub.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, İstanbulun Ataşehir adlı ərazisində yerləşən 8 mərtəbəli binada naməlum səbəbdən yanğın başlayıb.

Qısa müddətdə böyüyən alov binanın çöl hissəsini bürüyüb.

Hadisə yerinə çoxlu sayda polis, təcili yardım və yanğınsöndürmə briqadası göndərilib.

Yanğın yanğınsöndürmə briqadalarının müdaxiləsi ilə qısa müddətdə söndürülüb.

Polis yanğınla əlaqədar araşdırma aparır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər