Yas mərasimində 17 nəfər qidadan zəhərlənib


  • 21 İyun 15:28

Türkiyənin Zonquldak şəhərində yas mərasimində kütləvi zəhərlənmə qeydə alınıb.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, mərasimdə yemək yedikdən sonra özünü narahat hiss edən 17 nəfər müxtəlif şikayətlərlə Zonquldak Dövlət Xəstəxanasına aparılıb.

Lazımi tibbi yardım göstərildikdən zərərçəkmişlər evə buraxılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Qidalardan nümunələr götürülərək laboratoriyaya göndərilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər