Hindistanda 192 insan günvurmadan ölüb


  • 21 İyun 16:52

Hindistanın paytaxtı Yeni Delhidə isti hava 192 evsiz insanın ölümünə səbəb olub.

E-huquq.az "India Today" qəzetinə istinadən xəbər verir ki, bu barədə "Centre for Holistic Development" adlı qeyri-hökumət təşkilatı hesabat dərc edib.

Məlumata görə, bu, son 6 ildə ən yüksək göstəricidir.

Təşkilatın direktoru Sunil Kumar Aledia cəmiyyətin ən həssas qrupu olan evsizlər üçün effektiv tədbirlərin görülməli olduğuna diqqət çəkib.

Hindistan Səhiyyə Nazirliyinin məlumatına görə, martın 1-dən iyunun 18-dək ölkə daxilində 40 min 272 insanda günvurma halı qeydə alınıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər