Fransada sel nəticəsində körpü uçub


  • 21 İyun 17:13

Fransanın İzere əyalətində sel nəticəsində körpü uçub.

E-huquq.az Fransa mətbuatına istinadən xəbər verir ki, şəhərin La Berarde kəndində gecə saatlarında fırtına baş verib.

Güclü yağış nəticəsində yaranan sel suları kəndin körpüsünü uçurub.

Əlverişsiz hava şəraiti ilə əlaqədar kəndə gedən yollar bağlanıb.

Kənddə yaşayan 97 nəfər helikopterlə təhlükəsiz ərazilərə təxliyə edilib.

Fırtına, daşqın və güclü yağış səbəbindən İsere əyalətində narıncı xəbərdarlıq elan edilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər