Məzmuna keç

Dağıstanda baş vermiş terror aktlarında ölənlərin sayı 20-yə çatıb –

Dağıstanda baş vermiş terror aktları nəticəsində 20 nəfər ölüb.

E-huquq.az Rusiya KİV-nə xəbər verir ki, hadisə zamanı azı 15 polis əməkdaşı, 1 keşiş, 1 kilsə mühafizəçisi və daha 3 naməlum şəxs öldürülüb.

Daha 44 nəfərin yaralandığı qeyd olunur.

***

Dağıstanda terrorçuların hücumundan sonra ölənlərin sayı 10-a çatıb.

E-huquq.az xəbər verir ki, bu barədə Dağıstan Respublikasının Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölənlərin 8-i hüquq-mühafizə orqanlarının əməkdaşıdır,

25 nəfərin isə yaralandığı qeyd olunub.