Məzmuna keç

Türkiyədə toyda atışma olub, 8 nəfər yaralanıb

Türkiyənin Niğde şəhərində toy mərasimində odlu silahdan havaya atəş açılması nəticində 8 nəfər yaralanıb.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Altunhisar rayonunun Çömlekçi kəndində baş tutan toy məclisində ov tüfəngi ilə havaya atəş açılıb.

Hadisə nəticəsində 8 nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya çatdırılıb.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs həbs edilib.

Zərif Sofiyeva