Məzmuna keç

İstanbulda yaşayış binası çöküb

Türkiyənin İstanbul şəhərində 7 mərtəbəli yaşayış binası çöküb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, İstanbulun Bahçelievler adlı ərazisində yerləşən bina naməlum səbəbdən uçub.

Hadisə nəticəsində ölən, yaralanan və dağıntılar altında qalan olmayıb.

Hadisə yerinə çoxlu sayda polis, xilasetmə, Fövqəladə Halların İdarə Olunması Agentliyinin əməkdaşları (AFAD) və təcili yardım qrupları cəlb edilib.

Binanın ətrafında təhlükəsizlik tədbirləri görülüb və çökmə riskinə qarşı binanın ətrafındakı bəzi binalar boşaldılıb.

Şəbnəm Mehdizadə