Məzmuna keç

Sərnişin avtobusunun aşması nəticəsində 11 nəfər yaralanıb

Türkiyənin Uşak şəhərində sərnişin avtobusunun aşması nəticəsində 11 nəfər yaralanıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Afyonkarahisar-Uşak avtomobil yolunda hərəkətdə olan sərnişin avtobusu idarəetməni çıxaraq baryerlərə çırpılıb.

Zərbənin təsirindən avtobus aşıb.

Qəza yerinə polis, jandarma, təcili yardım qrupları cəlb edilib.

Yaralı sərnişinlər təcili yardım maşınları ilə ətrafdakı xəstəxanalara aparılıb.

Araşdırma aparılır.

Şəbnəm Mehdizadə