Fransada təyyarə qəzasında 3 nəfər ölüb.
E-huquq.az Fransa mətbuatına istinadən xəbər verir ki, paytaxt Paris yaxınlığındakı hava limanından havaya qalxan təyyarə Sena-et-Marna əyalətində A4 avtomobil yolunda qəzaya uğrayıb.
Tək mühərrikli kiçik təyyarədə olan 3 nəfər həyatını itirib.
Qəza səbəbindən magistralın hər iki istiqaməti nəqliyyatın hərəkəti üçün bağlanıb.
Qəza ilə bağlı araşdırmalar davam edir.
Şəbnəm Mehdizadə
