Məzmuna keç

Türkiyədə silahlı insidentdə 3 nəfər yaralanıb

Türkiyənin Kastamonu şəhərində qonşular arasında kütləvi dava olub.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qonşular arasında naməlum səbəbdən başlayan mübahisə qısa müddət sonra silahlı insidentə çevrilib.

Hadisə nəticəsində 3 nəfər yaralanıb. Hadisə yerinə təcili yardım və polis əməkdaşları sövq edilib.

Yaralılar təcili yardımla Kastamonu Tədris və Araşdırma Xəstəxanasına aparılıb.

Hadisə ilə bağlı bir nəfər saxlanılıb.

Şəbnəm Mehdizadə