Əlcəzairdə səhralıq ərazidə itən 14 nəfərin cəsədi tapılıb.
E-huquq.az xəbər verir ki, bu barədə Axtarış və Xilasetmə Dərnəyi məlumat yayıb.
Açıqlamada cəsədlərin Liviya ilə həmsərhəd olan İlizi əyalətində tapıldığı qeyd ounub.
Suriyanın Əlcəzair səfirliyindən verilən yazılı açıqlamada cəsədi tapılan 12 nəfərin suriyalı olduğu təsdiqlənib.
Məsələ ilə bağlı Əlcəzair rəsmiləri hələlik heç bir açıqlama verilməyib.
Bildirilir ki, Əlcəzairin mərkəzi və cənub bölgələrindəki səhra bölgələrində son həftələrdə temperatur 50 dərəcəyə çatıb.
Şəbnəm Mehdizadə
