Məzmuna keç

CAR-da daşqınlara görə minlərlə insan evsiz qalıb

Cənubi Afrikanın Respublikasının Keyptaun şəhərində daşqınlar nəticəsində minlərlə insan evsiz qalıb.

E-huquq.az CAR-ın dövlət televiziyası SABC-ə istinadən xəbər verir ki, daşqınlar zamanı şəhərin ən böyük gecəqondularından biri olan Xayelitşada mindən çox evə ziyan dəyib.

4 minə yaxın insan evlərini tərk edib.

Cənubi Afrika Meteorologiya Departamenti Keyptaunda güclü yağış və küləklərin çərşənbə gününə qədər davam edəcəyi barədə xəbərdarlıq edib.

Milli Dəniz Xilasetmə İnstitutunun (NSRI) sözçüsü Craig Lambinon balıqçılara dənizə getməməyə tövsiyə edib.

Şəbnəm Mehdizadə