ABŞ-ın Nyu-York şəhərində Harlem çayı üzərindəki metal körpünün mexanizmi kəskin istilər səbəbindən sıradan çıxıb.
E-huquq.az yerli mətbuata istinadən xəbər verir ki, Bronks və Manhetteni birləşdirən körpünün polad elementləri istidən genişləndiyinə görə kilidləmə mexanizmində nasazlıq yaranıb.
Körpü nəqliyyat vasitələrinin hərəkəti üçün bağlanıb.
1898-ci ildə sökülə bilən konstruksiya kimi inşa edilən körpü tək zolaqlı nəqliyyat vasitələrinin hərəkəti üçün istifadə olunur.
Qeyd edək ki, Nyu Yorkda ilin ən yüksək temperaturu 35 dərəcə qeydə alınıb.
Şəbnəm Mehdizadə
