Türkiyənin Muğla əyalətində 4,4 bal gücündə zəlzələ baş verib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, zəlzələ yerli vaxtla saat 12:11-də Muğlanın Marmaris rayonunda qeydə alınıb. Zəlzələ yerin təxminən 6, 89 km dərinliyində baş verib.
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial mediada etdiyi paylaşımda zəlzələ zamanı dağıntı və tələfatın qeydə alınmadığını açıqlayıb.
Zərif Sofiyeva
