İndoneziyada qızıl mədənində baş verən sürüşmə nəticəsində ölənlərin sayı 17-yə yüksəlib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Axtarış və Xilasetmə İdarəsinin rəsmilərindən Heriyanto Sulavesi adasında güclü yağış nəticəsində baş verən torpaq sürüşməsi ilə bağlı açıqlama verib.
O, Bone Bolanqo bölgəsində həyatını itirənlərin sayının 17-yə yüksəldiyini söyləyib.
Hava şəraitinin yaxşılaşması ilə əlaqədar axtarış-xilasetmə işlərinin sürətləndiyini bildirən Heriyanto, təxminən 52 nəfərin xilas olduğunu deyib. 18-i yaralı olmaqla, təxminən 23 nəfərin sağ-salamat çıxarıldığını və hələ də itkin düşən 45 nəfər axtarışarının davam etdiyini bildirib.
Gorontalo Axtarış və Xilasetmə Agentliyinin sözçüsü Afifuddin İlahude axtarış və xilasetmə işlərinə polis və hərbçilər də daxil olmaqla 200-dən çox adamın cəlb edildiyini bildirib.
İlahude itkin düşənlərin çox olduğu və bəzi ucqar bölgələrə hələ çata bilmədikləri üçün ölənlərin sayının artacağını istisna etməyib.
Qeyd edək ki, dünən İndoneziyanın Sulavesi adasında yağan güclü yağış nəticəsində torpaq sürüşməsi baş verib və Bone Bolanqo bölgəsində qanunsuz işlədilən qızıl mədənində onlarla insan yerin altında qalıb.
Zərif Sofiyeva
