ABŞ-da kəskin istilər hökm sürür


  • 10 İyul 13:25

ABŞ-da kəskin istilərlə bağlı əhaliyə xəbərdarlıq edilib.

E-huquq.az "The Guardian" qəzetinə istinadən xəbər verir ki, ABŞ-ın qərbində rekord həddə isti müşahidə edilir.

Bir çox şəhərlərdə bununla bağlı əhaliyə xəbərdarlıqlar edilib.

Bazar günü Massaçusets ştatının Salem şəhərində havanın temperaturu 39,4 dərəcəyə çatıb.

Oreqon ştatında kəskin istilərin 4 nəfərin ölümünə səbəb olub.

Dünəndən etibarən ABŞ-da 73 fərqli yerdə meşə yanğınları davam edir.

Kaliforniyanın Santa Barbara bölgəsində baş verən yanğında 20 min hektardan çox meşə sahəsi yanıb kül olub.

Rəsmilər bölgədə yaşayan insanların təxliyə edilməsinə dair göstəriş verib.

Yanğına helikopter və hava tankerləri ilə müdaxilə edilir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər