İzmir sahillərində 53 qeyri-qanuni miqrant tutulub


  • 10 İyul 13:51

Türkiyənin İzmir şəhərinin Urla mahalı sahillərində 53 qeyri-qanuni miqrant tutulub.

E-huquq.az Türkiyə mətbuatşına istinadən xəbər verir ki, Sahil Mühafizə Komandanlığı tərəfindən aşkarlanan rezin qayıqdakı miqtantlardan 24-ü azyaşlı uşaqlar olub.

Müvafiq prosedurlardan sonra miqrantlar Miqrasiya İdarəsinə göndərilib.

Qeyd edək ki, Türkiyənin daxili işlər naziri Ali Yerlikaya dünən İzmirin Çeşmə rayonunda dənizdə qanunsuz miqrantların ola biləcəyi xəbərindən sonra 19 qeyri-qanuni miqrantın xilas edildiyini, 8 miqrantın isə cəsədinin tapıldığını açıqlamışdı.

Zərif Sofiyeva

Oxşar xəbərlər