- 20:31
Türkiyənin İzmir şəhərində meşə yanğını baş verib.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, İzmirin Menderes rayonunda yaşayış massivlərinə yaxın meşəlik ərazidə naməlum səbəbdən yanğın başlayıb.
Bölgəyə İzmir Meşə Regional İdarəsinə məxsus 5 təyyarə, 9 helikopter, 25 çiləyici, 7 su təchizatı, 3 dozer və yanğınsöndürmə briqadaları göndərilib.
Hazırda yanğına havadan və qurudan müdaxilə edilir.
Şəbnəm Mehdizadə