- 10:10
Filippinin Sanqay bölgəsində 7,1 bal gücündə zəlzələ baş verib.
E-huquq.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.
Zəlzələnin episentri Sanqay bölgəsindən 106 kilometr cənub-qərbdə yerləşib.
Yeraltı təkanlar təxminən 620 kilometr dərinlikdə qeydə alınıb.
Dağıntı və tələfat barədə məlumat verilməyib.
Zəlzələdən sonra sunami xəbərdarlığı edilməyib.
Şəbnəm Mehdizadə