Türkiyədə kimyəvi maddələr istehsal edən zavodda partlayış olub


  • 11 İyul 12:17

Türkiyənin Tekirdağ şəhərində kimyəvi maddələr istehsal edən zavodda partlayış baş verib.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, əraziyə təcili tibbi yardım briqadaları, xilasedicilər və polis əməkdaşları cəlb olunub.

Zavdoun əməkdaşları təxliyə edilib. Partlayış nəticəsində xəsarət alan olub.

Partlayış səsi ətrafdakı yaşayış məntəqələrindən də eşidilib.

İlkin ehtimala görə partlayış zavodun daxilindəki təhlükəsiz ərazidə həddindən artıq təzyiq nəticəsində baş verib.

Bölgədə geniş təhlükəsizlik tədbirləri görülüb.

Faktla bağlı bağlı araşdırmalara başlanılıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər