- 19:53
ABŞ-da ötən həftə kəskin istilər nəticəsində 27 nəfər ölüb.
E-huquq.az "Washington Post" qəzetinə istinadən xəbər verir ki, ABŞ-ın Nevada ştatının Las-Veqas şəhərində havanın temperaturu 48,8 dərəcəyə, Kaliforniya ştatının Barstou şəhərində isə 47,7 dərəcəyə çatıb.
Kəskin istilər Kaliforniyada 14, Oreqonda 10, Merilenddə 2 və Arizonada 1 nəfərin ölümünə səbəb olub.
Qeyd edək ki, ABŞ-da son illərdə həddindən artıq isti havanın yaratdığı ölüm halları artıb. Belə ki, 2021-ci ildə təxminən 1600, 2022-ci ildə təxminən 1700, 2023-cü ildə isə 2 min 300 insan kəskin istilər zamanı dünyasını dəyişib.
Ölkədə isti hava şəraitinin həftə sonuna qədər davam edəcəyi gözlənilir. Meteoroloqlar əhaliyə diqqətli olmaları barədə xəbərdarlıq edib.
Şəbnəm Mehdizadə