- 19 Mart 23:39
Türkiyənin Ədirnə şəhərində meşə yanğını baş verib.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ədirnə şəhərinin Bolqarıstan ilə sərhəddində yerləşən Lalapaşa rayonunda meşəlik ərazidə yanğın başlayıb.
Əraziyə yanğınsöndürmə briqadaları cəlb edilib.
Hazırda yanğına havadan və qurudan müdaxilə edilir.
Zərif Sofiyeva