- 16 Mart 23:10
Nepalın Çitvan bölgəsində iki avtobus torpaq sürüşməsi nəticəsində çaya düşüb.
E-huquq.az “The Kathmandu Post” qəzetinə istinadən xəbər verir ki, paytaxt Katmandudan Gaur şəhərinə gedən və içərisində 41 nəfərin olduğu avtobus çaya aşıb.
Qəza zamanı 3 nəfər avtobusdan tullanaraq xilas olub. Digər şəxlər isə itkin düşüb.
Katmanduya doğru hərəkət edən və içərisində 24 nəfər olan digər bir avtobus da eyni səbəbdən çaya düşüb.
Hazırda itkin düşən 62 nəfərin axtarış-xilasetmə işləri davam edir.
Nepalın Baş naziri Puşpa Kamal Dahal itkin düşən şəxslərin tapılması ilə bağlı təlimatlar verib.
Zərif Sofiyeva