Polisdən qaçmaq üçün havaya qalxan təyyarədən tullandı


  • 12 İyul 2024 16:16

Yeni Zelandiyada havaya qalxarkən təyyarənin təcili çıxışından tullanan sərnişin tutulub.

Yeni Zelandiyanın Oklend hava limanında havaya qalxan zaman təyyarənin təcili çıxış qapısını açıb yerə tullanan şəxs yaxalanıb.

E-huquq.az "Stuff News"a istinadən xəbər verir ki, polis hadisə ilə bağlı açıqlama verib.

Açıqlamada bir sərnişinin təyyarənin qalxması zamanı təcili çıxış qapısını açaraq yerə tullanaraq yaralandığı bildirilib.

Sözügedən hərəkəti polisdən qaçmaq üçün etdiyi ehtimal edilən 28 yaşlı gəncin polis tərəfindən yaxalandığı qeyd edilib.

Zərif Sofiyeva

Oxşar xəbərlər