Məzmuna keç

Donald Trampa sui-qəsd təşkil edən şəxsin kimliyi məlum oldu

20 yaşlı Tomas Metyu Kruks Pensilvaniyada keçirilən mitinqdə ABŞ-ın keçmiş prezidenti Donald Trampa sui-qəsd təşkil etməyə cəhd edib.

E-huquq.az-ın məlumatına görə, bu barədə "Fox News" televiziya kanalı FTB-yə istinadən bildirib.

"Şənbə günü keçmiş prezident Donald Trampa sui-qəsd cəhdini edən şəxsin 20 yaşlı Tomas Metyu Kruks olduğu müəyyənləşib", – deyə qeyd olunub.

Məlumata əsasən, O, D.Trampın yerləşdiyi səhnədən təxminən 120 metr aralıda yerləşən istehsalat müəssisəsinin damından bir neçə dəfə atəş açıb, onlardan biri eks-prezidentin qulağına dəyib.