Məzmuna keç

Nigerdə ​7 milyon uşaq poliomielit əleyhinə peyvənd olunacaq

uşaq iflicinə

Nigerdə ​​təxminən 7 milyon uşaq poliomielit əleyhinə peyvənd olunacaq.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkəninsəhiyyə naziri Qarba Hakimi məlumat verib.

Bildirilib ki, uşaq iflici ilə mübarizə çərçivəsində Nigerdə ​​təxminən 7 milyon uşaq peyvənd olunacaq.

Peyvənd kampaniyasına ən qısa zamanda start veriləcəyini deyən nazir prosesin 5 günə yekunlaşacağını vurğulayıb.

Qeyd edək ki, Nigerlə yanaşı, Nigeriya, Qambiya, Uqanda, Benin, Burkina Faso, Kamerun, Efiopiya, Mali, Çad və Sudan kimi Afrika ölkələrində də poliomielit aşkarlanıb.

Şəbnəm Mehdizadə