Türkiyənin paytaxtı Ankarada kənd təsərrüfatı işçilərini daşıyan avtobus qəzaya uğrayıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Sincan-Temelli yolunda avtobusun mikroavtobusla toqquşması nəticəsində 3 yaşlı uşaq ölüb, 16 nəfər isə yaralanıb.
Xəsarət alan 16 nəfər ətrafdakı xəstəxanalara çatdırılıb. Yaralılardan 2 nəfərin vəziyyəti ağırdır.
Qəza ilə bağlı araşdırma başladılıb.
Şəbnəm Mehdizadə
