Türkiyə ordusu İraq və Suriyanın şimalında 17 terrorçunu zərərsizləşdirib


  • 15 İyul 2024 15:22

İraq və Suriyanın şimalında 17 terrorçu zərərsizləşdirilib.

E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin Milii Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, terrorçular İraqın şimalında Metina və Qara bölgələrində və Suriyanın şimalında "Barış pınarı" əməliyyatı bölgəsində məhv edilib.

"Terrorçular üçün qaçacaq yer yoxdur. Qəhrəman Türkiyə Silahlı Qüvvələrimiz İraqın şimalındakı Metina və Qara bölgələrində 14 PKK terrorçusunu, Suriyanın şimalındakı "Barış pınarı" bölgəsində isə 3 PKK/YPG terrorçusunu aşkar edərək zərərsizləşdirib", - deyə nazirliyin məlumatında qeyd olunub.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər