Məzmuna keç

Taylandda oteldə 6 nəfər ölü tapılıb

Taylandın paytaxtı Banqkokda yerləşən oteldə 6 nəfərin cəsədi aşkarlanıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Banqkokun Pathum Wan rayonunda yerləşən Grand Hyatt Erawan otelində günorta saatlarında 6 nəfərin cəsədi tapılıb.

Hadisə yerinə gələn polis qrupları ilkin araşdırmalar nəticəsində qrupun zəhərlənərək öldüyünü müəyyən ediblər.

Qrupun oteldə 7 nəfərlik rezervasiya etdiyi məlum olub.

Tayland polis rəisi Thiti Sanqsawang cəsədi aşkarlanan 3 qadın və 3 kişinin Vyetnam vətəndaşları olduğunu təsdiqləyib və cəsədlərdə fiziki zorakılıq əlamətlərinin olmadığını bildirib.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Şəbnəm Mehdizadə