Məzmuna keç

Ankarada FETÖ-nün 7 üzvü barədə həbs qərarı çıxarılıb

Türkiyənin Ankara şəhərində FETÖ terror təşkilatına qarşı əməliyyat keçirilib.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, Ankara Respublika Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində 2011 və 2015-ci illərdə keçirilən Hərbi Liseyə Qəbul İmtahanlarının (ALS) suallarının imtahandan əvvəl ələ keçirərək terror təşkilatı üzvlərinə payladığı müəyyən edilən 5 şübhəli haqqında həbs qərarı çıxarılıb.

Bundan başqa, istintaq çərçivəsində 1 polis və 1 hərbçi barəsində də həbs qətimkan tədbiri seçilib.

Şübhəlilərin tutulması üçün 3 rayonda axtarış tədbirləri davam etdirilir.

Şəbnəm Mehdizadə