- 00:40
Türkiyənin 3 vilayətində FETÖ terror təşkilatına qarşı əməliyyat keçirilib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, İzmir Şəhər Prokurorluğu tərəfindən FETÖ-yə qarşı aparılan istintaq çərçivəsində 10 şübhəli haqqında həbs qərarı çıxarılıb.
İzmir, Qaziantep və Yalovada müəyyən edilmiş ünvanlarda eyni vaxtda əməliyyat keçirib.
Əməliyyat zamanı 6 şübhəli saxlanılıb.
Digər şübhəlilərin tutulması istiqamətində tədbirlər davam etdirilir.
Şəbnəm Mehdizadə