- 14:27
Türkiyənin Qaziantep şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.
E-huquq.az "TRT Haber" ə istinadən xəbər verir ki, Tarsus-Adana-Qaziantep (TAG) avtomobil yolunda 5 yük maşını və 2 pikap toqquşub.
Qəza nəticəsində 1 nəfər ölüb, 6 nəfər yaralanıb.
Xəbər üzərinə bölgəyə təcili yardım, polis, jandarma və xilasetmə qrupları cəlb edilib.
Yaralılar Nurdağı və Qaziantepdəki xəstəxanalara aparılıb.
Araşdırma aparılır.
Şəbnəm Mehdizadə