Məzmuna keç

Türkiyədə ağır yol qəzası: 21 nəfər yaralanıb

Türkiyənin Qaziantep şəhərində ağır yol qəzası baş verib.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Qaziantepdə fəhlələri daşıyan 2 mikroavtobus toqquşub.

Qəza nəticəsində 21 nəfər yaralanıb.

Hadisə yerinə polis və təcili tibbi yardım qrupları cəlb edilib.

Yaralılar ətrafdakı xəstəxanaya aparılıb. Onlardan birinin vəziyyəti ağırdır.

Hadisə ilə bağlı araşdırma aparılır.

Zərif Sofiyeva