Türkiyənin Hatay şəhərində meşə yanğını olub.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hatayın Arsuz rayonunda meşəlik ərazidə naməlum səbəbdən yanğın başlayıb.
Əraziyə 3 helikopter, 2 təyyarə və çoxlu sayda yanğınsöndürən cəlb edilib.
Havadan və qurudan müdaxilə ilə yanğın nəzarət altına alınıb.
Zərif Sofiyeva
