Türkiyənin Aydın şəhərində toyda avaya açılan atəş nəticəsində 2 nəfər yaralanıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Aydının Yenipazar rayonunda bir nəfər toy zamanı əyləncə məqsədilə havaya atəş açmaq istəyib.
Bu zaman 2 nəfər yaralanıb.
Bölgəyə təcili yardım və jandarma qrupları cəlb edilib.
Yaralılar təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.
Şəbnəm Mehdizadə
