Türkiyənin Muğla bölgəsində 24 qeyri-qanuni miqrant xilas edilib.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, rezin qayıqda qanunsuz miqrantların hərəkət etməsi barədə Sahil Mühafizə Komandanlığına daxil olan məlumatla əlaqədar əraziyə komandalar göndərilib.
Xilasedicilər 6-sı uşaq olmaqla köməksiz vəziyyətdə olan 24 miqrantı xilas edib.
Onlar Miqrasiya İdarəsinə təhvil verilib.
Zərif Sofiyeva
