- 12 May 23:48
Türkiyənin Çanaqqala şəhərində 49 qeyri-qanuni miqrant xilas edilib.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Çanaqqalanın Ayvacık sahillərində 2 rezin qayıqda qanunsuz miqrantların olması barədə Sahil Mühafizə Komandanlığına daxil olan məlumatla əlaqədar əraziyə komandalar göndərilib.
Xilasedicilər 9-u uşaq olmaqla, 49 miqrantı xilas ediblər. Onlar Miqrasiya İdarəsinə təhvil verilib.
Zərif Sofiyeva