Türkiyənin İzmir şəhərində 44 qanunsuz miqrant xilas edilib.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Sahil Mühafizə Komandanlığı məlumat yayıb.
Məlumata görə, İzmirin Çeşmə sahillərində rezin qayıqda bir qrup qeyri-qanuni immiqrantın olduğu müəyyən edildikdən sonra bölgəyə Komandanlığın əməkdaşları göndərilib.
Yunanıstan tərəfindən Türkiyəyə geri qaytarılan 44 nəfər xilas edilərək sahilə çıxarılıb.
Qeyri-qanuni miqrantlar Miqrasiya İdarəsinə təhvil verilib.
Şəbnəm Mehdizadə
