Böyük Britaniyanın Southport şəhərində bıçaqlı hücum nəticəsində 2 uşaq ölüb, 11 nəfər yaralanıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə polis rəisi Serena Kennedi məlumat verib.
Məlumata görə, 17 yaşlı yeniyetmə Southportun Hart küçəsində yerləşən rəqs məktəbinə bıçaqla silahlanaraq hücum edib.
Hadisə yerinə dərhal təcili yardım qrupları cəlb olunub.
Yaralılar xəstəxanalara çatdırılıb.
Hadisəni törədən şəxs saxlanılıb.
Polis hadisəni terror aktı kimi qiymətləndirilmədiyini vurğulayıb.
Şəbnəm Mehdizadə
