Məzmuna keç

Nigeriyada “Boko Haram”ın 8 üzvü məhv edilib

Nigeriyanın Borno əyalətində "Boko Haram" terror təşkilatına qarşı keçirilən əməliyyatda 8 terrorçu məhv edilib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Nigeriya Ordusu məlumat yayıb.

Terror təşkilatının Borno əyalətində polis bölməsinə hücumundan sonra terrorçulara qarşı əməliyyat keçirilib.

Əməliyyat zamanı 8 terrorçu zərərsizləşdirilib, terrorçulara məxsus silah-sursat ələ keçirilib.

Qeyd edək ki, terrorçuların ötən gün əyalətin Konduqa bölgəsində polis bölməsinə hücumu nəticəsində bir polis məmuru və bir qadın həlak olub.

Şəbnəm Mehdizadə