Məzmuna keç

Bodrum sahillərində 29 qanunsuz miqrant saxlanılıb

Türkiyənin Muğla şəhərində 29 qanunsuz miqrant xilas edilib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Sahil Mühafizə Komandanlığı məlumat yayıb.

Məlumata görə, mühərriki xarab olan qayıqda bir qrup şəxsin olduğu müəyyən edildikdən sonra bölgəyə Sahil Mühafizə qrupları göndərilib.

Komandalar rezin qayıqda olan 29 qanunsuz miqrantı xilas edərək sahilə çıxarıb.

Bununla yanaşı, Sahil Mühafizəsinin qayığı tərəfindən dayandırılan digər bir qayıqda 18 qanunsuz miqrant saxlanılıb.

Qeyri-qanuni immiqrantlar Miqrasiya İdarəsinə təhvil verilib.

Şəbnəm Mehdizadə