İraqın şimalında Haftanin və Qara əməliyyat bölgələrində 13 PKK terrorçusu zərərsizləşdirilib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən məlumat verilib.
"Millətimizi terror bəlasından xilas etmək üçün terrorizmlə əzmlə və qətiyyətli şəkildə mübarizə aparırıq” – deyə nazirliyin məlumatında bildirilib.
Şəbnəm Mehdizadə
