Məzmuna keç

İzmirdə meşə yanğını davam edir

Türkiyənin İzmir şəhərində meşə yanğınına hava və quru müdaxiləsi davam edir.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, İzmirin Urla adlı ərazisində meşəlik sahədə dünən yanğın başlayıb.

Yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənib.

Hadisə yerinə 10 təyyarə və 12 helikopter, 84 texnika, 4 dozer və canlı qüvvə cəlb edilib.

Yanğınla əlaqədar Sahil Mühafizəsinin qayıqları ilə sahildən 15 nəfər və 135 vətəndaş təxliyə edilib.

Yanğınla əlaqədar ərazidə kömür istehsal edən fabrik sahibi saxlanılıb.

Şəbnəm Mehdizadə