Türkiyədə FETÖ-yə qarşı əməliyyatda 55 nəfər saxlanılıb


  • 1 Avqust 2024 10:21

Türkiyənin 21 vilayətində FETÖ terror təşkilatına qarşı əməliyyat keçirilib.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.

Nazir Adana, Ankara, Balıkesir, Bursa, Çorum , Ədirnə, Elazığ, Qaziantep, Isparta, İstanbul, İzmir, Karabük Kütahya, Ordu, Manisa, Mersin, Rize, Samsun, Siirt, Tekirdağ və Yalovada keçirilən əməliyyat zamanı 55 şübhəlinin saxlanıldığını bildirib.

"Terrorçuların göz açmasına icazə verməyəcəyik. Terror təşkilatları və onların havadarlarına qarşı əməliyyatlarımız qətiyyətlə davam edəcək️" – deyə anzir əlavə edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər